Главная > Təhsil > Masallıda “Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçıları ilə görüş

Masallıda “Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçıları ilə görüş


22-03-2019, 15:29. Разместил: yeni321
  Masallıda “Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçıları ilə görüş keçirilib
 
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan, Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşəcək Masallı rayonunun məktəbliləri ilə Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Martın 22-də rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür. RİH başçısı gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
Mərasimdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb.
Rayon təhsil şöbəsinin müdiri Tarıyel Əkbərov, Binə Xocavar kənd tam orta məktəbinin şagirdi Fəridə Quliyeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Əli Əsədov, valideyn Samirə Abdulhəsənova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullaiev çıxış edib, Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısı yekunlaşdırıb, məktəblilərə uğurlu yol arzulayıb.
Sonda xatirə şəkli çəkilib.


 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад