Главная > Təhsil > Masallı məktəbliləri şimal bölgəsinə yola düşüblər

Masallı məktəbliləri şimal bölgəsinə yola düşüblər


23-03-2019, 13:52. Разместил: yeni321
Masallı məktəbliləri şimal bölgəsinə yola düşüblər

Martın 23-də Masallı şəhərində tur-aksiyanın Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçılarının yolasalma mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlara qatılacaqlar.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə məlumatlandırılacaqlar.
Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
 


 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад