Главная > Təhsil > Masallı Dövlə Regional Kollecinin tələbələri növbəti iməcilikdə

Masallı Dövlə Regional Kollecinin tələbələri növbəti iməcilikdə


10-04-2019, 18:41. Разместил: yeni321
Masallı Dövlə Regional Kollecinin tələbələri növbəti iməcilikdə

Masallıda ağacəkmə kampaniyası uğurla davam edir.
Kampaniyada Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri daha fəal iştirak ediblər. 500 nəfərə yaxın aksiya iştirakçısı Viləş çayının sahilində olan ərazidə 1600-ə qədər ağac əkiblər.
Aprelin 10-da keçirilən iməclik zamanı əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara qulluq göstərilib, səliqə-sahman yaradılıb.
Ağac əkini kampaniyasında kollecin direktoru "Tərəqqi" medallı Vidadi Nəzərov, müəllimlərdən Nazim Əliyev, Rəxşan Fəyazbəyli, Dilarə Hüseynova, Xanım Ağayeva, tələbələrdən Amin Kazımov, İmran Bədəlov, Kənan Abdullayev, Ceyhun Ələkbərli, Famil Əlizadə, Əsrah Yusifli, Səməd Tağıyev, Sabir Rzayev, Elnur Xəmmədov, Aygün Məmmədova, Əzizə Bağırzadə, Aysun Şəkərli, Günəş Xəlilova və Humay Abdullayeva daha çox fərqləniblər.
Qeyd edək ki, ağacəkmə kampaniyasında Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri də iştirak ediblər.
 


  

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад