Главная > Təhsil > Masallı gəncləri bilik yarışı üzrə zona çempionu olublar

Masallı gəncləri bilik yarışı üzrə zona çempionu olublar


15-04-2019, 21:05. Разместил: yeni321
Masallı gəncləri bilik yarışı üzrə zona çempionu olublar

“Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının zona mərhələsi başa çatıb.
Lerik rayonunda keçirilən yarışlarda Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının təmsilçiləri biliklərini sınayıblar.
Zona yarışında Masallı rayonu iki komanda ("Ten millions" , "Gauntlet" ) ilə təmsil olunub.
Qrup oyunlarında uğurla çıxış edən Masallı rayonunun gənclərdən ibarət "Gauntlet" komandası finalda öz uğurlu çıxışı ilə yadda qalıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən komanda 5100 xalla zona çempionu adını qazanıb.
Komanda bu ilin may ayında Bakıda keçiriləcək “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.
 
 

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад