Главная > Təhsil / Səhiyyə > Masallı Dövlət Regional Kollecində “Sağlam gəncliyimiz” adlı maarifləndirici konfrans keçirilib
Masallı Dövlət Regional Kollecində “Sağlam gəncliyimiz” adlı maarifləndirici konfrans keçirilib19-05-2019, 12:33. Разместил: yeni321 |
Masallı Dövlət Regional Kollecində “Sağlam gəncliyimiz” adlı maarifləndirici konfrans keçirilib Bioloji Təbabət Klinikasının və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Sağlam gəncliyimiz” adlı maarifləndirici konfrans keçirilib. Tədbirdə klinikanın həkimləri, kollecin müəllim və tələbələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov bildirib ki, gənclərin sağlam yaşaması dünyanın sağlam inkişafıdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayır, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edir. O, rayonumuzda açılan Bioloji Təbabət Klinikasının nəinki Masallı səhiyyə sistemində, ümumillikdə cənub bölgəsindəki əhali üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. V.Nəzərov vurğulayıb ki, cəmiyyətin gələcəyi hesab olunan tələbələr arasında bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi böyük önəm daşıyır, yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönəlməsinə ruhlandırır. Konfransda Masallı Bioloji Təbabət Klinikasının baş həkimi, terapevt-osteopat Elfanə Süleymanova, fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Tural Əliyev, cərrah- oftalmoloq Günel Xalıqverdiyeva bioloji təbabət və müasir tibbin xəstəliklərə yanaşması, müasir fizioterapiyanın üstünlükləri, bioloji müalicənin onurğa əyriliklərində (skolioz, lordoz, kifoz) tətbiqi, yanlış seçilmiş gün eynəkləri və kontakt linzalarının zərərləri, ağrıların müasir üsullarla – həm profilaktik, həm də müalicəvi olaraq aradan qaldırılması və s. mövzularda çıxış ediblər. Verilən məlumatlar konfrans iştirakçılarının marağına səbəb olub. Həkimlər müəllim və tələbələrin suallarını cavablandırıb, onların müxtəlif xəstəliklərlə bağlı şikayətlərini dinləyib, tövsiyələrini veriblər. Əlavə olaraq 30 tələbəyə oftalmoloq, dermatoloq, revmatoloq, fizioterapevt, kosmetoloq və hepatoloq müayinələrindən ödənişsiz keçmək imkanı yaradılıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |