Главная > Təhsil > Masallı, Yardımlı və Cəlilabad təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib
Masallı, Yardımlı və Cəlilabad təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib24-05-2019, 17:10. Разместил: yeni321 |
![]() Mayın 24-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad Rayon Təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətlərinə dair hesabat tədbiri keçirilib. Tədbirdə nazir müavini Məhəbbət Vəliyeva, qurumun ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, qeyd olunan rayonların təhsil şöbələrinin müdirləri, təhsil işçiləri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub. ![]() Məhəbbət Vəliyeva təqdim olunan hesabatlara əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə tövsiyələrini verib. Qeyd edib ki, zəif nəticə göstərən məktəblər Təhsil Nazirliyi tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə həmin məktəblərin rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət olunacaqlar. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |