Главная > Təhsil > Masallı məktəbliləri Respublika fənn olimpiadalarının qızıl və bürünc medalına layiq görülüb

Masallı məktəbliləri Respublika fənn olimpiadalarının qızıl və bürünc medalına layiq görülüb


27-05-2019, 23:10. Разместил: yeni321
Masallı məktəbliləri Respublika fənn olimpiadalarının qızıl və bürünc medalına layiq görülüb

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb.
Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan edilib.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Fənn olimpiadalarında IX-XI siniflər üzrə Masallı rayon ümumtəhsil məktəblərini təmsil edən Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Toğrul Səfərli coğrafiya fənni üzrə qızıl, Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Şəhla Sadıxova isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medala, 4 məktəblimiz isə sertifikata layiq görülüb.
Qaliblərin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək.

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад