Главная > Təhsil > Bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilib

Bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilib


30-05-2019, 17:57. Разместил: yeni321
“Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ASAN İntellektual İnkişaf Mərkəzi”ndə “28 May Respublika Günü”nə həsr olunmuş yeniyetmələr arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi (29-30 may) keçirilib.
“Bilik” yarışında rayonun tam orta və ümumi orta məktəblərində təhsil alan VII- IX sinif şagirdləri komanda şəklində iştirak ediblər.
Mükafatlandırma mərasimində rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək 28 May Respublika günü münasibətilə iştirakçıları təbrik edərək, yarışın keçirilməsində məqsədin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarət olduğunu bildiriblər.
 
Bilik yarışmasında R.Əzizov adına Yeddioymaq kənd 1 nömrəli tam orta məktəbin “Fortuna” komandası birinci, Q.Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin “Günəş” komandası ikinci, Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yerə layiq görülüb. Fərqləndiyinə görə Mahmudavar məktəblisi Cavid Şahverdiyev, “Fortuna” komandasının üzvləri Gövhər Quliyeva, Zabitə Quliyeva, Öncəqala kənd tam orta məktəbinin şagirdi Hilal Vəliyev təşkilat komitəsinin fəxri fərmanı, qalib komandalar isə kubok və diplomlarla təltif edilib.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
шаблоны для dle 11.2
Вернуться назад