Главная > Təhsil > Masallı rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib

Masallı rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib


16-06-2019, 18:34. Разместил: yeni321
 Masallı rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib

14 iyun tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 iyun 2019-cu il tarixli, F-350 nömrəli əmrinə uyğun olaraq hər bir ümumi təhsil müəssisəsinin ərazisində “Son zəng” tədbiri yüksək səviyyədə təşkil olunub. Masallı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng” tədbirinin keçirildiyi müddətdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib.Rayon İcra Hakimiyyəti məsul işçiləri, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayonun əlaqədar təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, valideynlər “Son zəng” tədbirində iştirak ediblər.
Məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən «Son zəng» bayramının yüksək səviyyədə keçirilməsi üçün geniş, rəngarəng tədbirlər olub.
Belə tədbirlərdən biri də şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində keçirilib.
Qeyd edək ki, «Son zəng» tədbirinin keçirildiyi Şərəfə kənd tam orta məktəbini bu il iki sinif üzrə 39 nəfər məzun bitirir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şərəfə kənd "Son zəng" tədbirində iştirak edərək məktəb pedaqoji kollektivini və məzunları təbrik edib, son illər təhsil sahəsində əldə olunan uğurları vurğulayıb və bu uğurların davamlı olacağına əmin olduğunu bildirib.
RİH başçısı çıxışında qeyd edib ki, Azərbaycan təhsilinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. Bu, Masallının timsalında da görünür.
İcra başçısı məktəbin 11-ci sinfini bitirən şagirdlərə müvəffəqiyyətlər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləyib.
Tədbirdə Şərəfə kənd tam orta məktəbinin direktoru Gülcan Kərimova çıxışında rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açıb, cari tədris ilində fərqlənən şagirdləri xüsusi qeyd edib. O, 11-cu sinif şagirdlərinin hamısının gələcək həyatda yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu bildirib, Azərbaycan təhsilinin inkişafından, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Məktəbin direktoru fərəhlə bildirib ki, artıq məktəbimizin 4 şagirdi 600 - dən çox bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinin tələbəsidir.
Məktəbin müəllimləri Sevda Kərimova, Zivər Seyfullayeva, Fərqanə Əzizova və başqaları kollektivin uğurlarını qeyd ediblər. Çıxışçılar bildiriblər ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Məktəbin məzunu, 600-dən yuxarı bal toplamış Surə Valeh qızı Seyfullayeva müəllimlərinə minnətdarlıq ifadə edib.
Bu məktəbin əvvəlki illərinin - 20 ilin məzunu Rafiq Azad oğlu Məmmədov buraxılış imtahanlarını müvəffəqiyyətlə verən onbirincilərə və estafeti qəbul edəcək birincilərə müvəffəqiyyətlər diləyib.
Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirakçılarına rayonumuzda təhsilin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, əldə edilən nailliyyətlərdən danışıb. O, Respublika Fənn Olimpiadasında ən yaxşı nəticə göstərərək qızıl medal qazanmış, Qızılağac kənd 1 nömrəli tam orta məktəbin “ X sinif şagirdi Toğrul Səfərlini bir daha təbrik edib, şagirdlərə elmi biliklərə daha mükəmməl yiyələnməyi tövsiyə edib.
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar da məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar.
Rayonun bütün ümumtəhsil məktəblərində musiqili-bədii çıxışları ilə davam edən “Son zəng” tədbirləri yüksək səviyyədə təşkil olunub.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад