Главная > Təhsil > “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi Masallıda

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi Masallıda


24-06-2019, 16:32. Разместил: yeni321
“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi Masallıda 

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi uğurla davam edir. Hər görüş əslində böyük potensiala və şəraitə, maddi-texniki bazaya malik təhsil müəssisəsini daha geniş miqyasda bölgə insanlarına yaxından tanıdır. Bu, Masallıda da belə olub.
Layihə çərçivəsində görüş Masallı şəhərinin Heydər Əliyev Mərkəzində buraxılış sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilib.
Əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti haqqında film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov uzaq yol qət edərək görüşə gələnlərə minnətdarlığını bildirib və bu cür tədbirlərin rayon ictimayyəti üçün əhəmiyyətindən danışıb,
Rayon haqqında, son illər Masallı məktəblilərinin qazandığı uğurları diqqətə çatdırıb. Rayonun aqrar sahədə əldə etdiyi uğurları qeyd edən rayon rəhbəri bildirib ki, daha böyük, hərtərəfli biliyə və təcrübəyə malik kadrlara ehtiyacımız var və ehtiyacımızın ödənilməsi üçün ADAU-dan gözləntilərimiz çoxdur. Hesab edirəm ki, siz gənclərin hesabına biz daha böyük kadr bazasına nail olacağıq.
Sonra görüşdə Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib. Rektor ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb. İbrahim Cəfərov onu da əlavə edib ki, bu gün ADAU dövlət başçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Kənd Təssərrüfatı nazirliyinin qayğısı ilə mükəmməl bir bir universitetə çevrilib və ömrünün ən şərəfli illərini yaşayır.
ADAU-nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.
Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya kafedrasının dosenti Vüsal Orucov, ekologiya fakültəsinin tələbəsi Gülanə Nəzərli, aqronomluq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya” ixtisasının birinci kurs tələbəsi, əslən Masallıdan olan, şəhər 2 nömrəli məktəbin məzunu Anar Niftiyev qabaqcıl və dünya standartlarına cavab verən ali kənd təsərrüfatı müəssisəsindəki təhsil şəraitindən, universitetdə kənd təsərrüfatında prioritet sahə sayılan mütəxəssis hazırlığında mövcud ixtisaslardan, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açıblar.

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад