Главная > Təhsil > Masallı rayonunun Göyəçöl kəndində yeni məktəb binası istifadəyə verildi

Masallı rayonunun Göyəçöl kəndində yeni məktəb binası istifadəyə verildi


17-09-2019, 08:19. Разместил: yeni321
Göyəçöl kəndində yeni məktəb binası istifadəyə verildi

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov və digər məsul işçilərin, eləcə də məktəbin müəllim, şagird heyətinin və valideynlər iştirakı ilə yeni inşa edilmiş şəhid Nicat Həsənov adına Göyəçöl kənd tam orta məktəb binasının açılış mərasimi olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Açılış mərasimində çıxış edən Azərbaycan Respublika Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Azərbaycan xalqının Ümummilli liderinin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. O, bildirib ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkədə 84, eləcə də son illər Masallı rayonunda 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təşkili, valideyn-müəllim münasibətlərinin tənzimlənməsindən bəhs edən F. Qədirov ötən ilə nisbətən bu tədris ilinin nəticələrinə görə Masallı təhsilində irəliləyişin nəzərə çarpacaq dərəcədə olmasını vurğulamışdır.
O, mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb.
 
Kənd ağsaqqalı Vaqif Şükürov, gənc müəllim Kübra Həsənova, valideyn Fəridə Aslanlı Masallı təhsilinə göstərilən yüksək qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Sonra məktəbin rəmzi açılışını bildirən lenti kəsilib. Sinif otaqlarına baxış keçirilib. İnşasına ötən ilin avqustundan başlanılan iki mərtəbəli yeni məktəb binası 264 şagird yerlik üç korpusdan ibarətdir. Müasir tələblər əsasında tikilən məktəb binasında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb. Ümumilikdə 35 otaqdan ibarət olan məktəbdə 11 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və s. fəaliyyət göstərəcək.




 
“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад