Главная > Təhsil > MASALLI RAYONUNUN BALA TƏKLƏ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

MASALLI RAYONUNUN BALA TƏKLƏ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ


17-09-2019, 08:25. Разместил: yeni321
 

MASALLI RAYONUNUN BALA TƏKLƏ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

Masallı rayonunun Bala Təklə ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb (96 şagird yerlik) binasının açılışı mərasimi olub. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Zəfər İbrahimov qeyd etmişdir ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.
Kənd sakinləri Əlfağa İbrahimov, Xanım Cəbrayilova həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildiriblər.
Çıxış edənlər onu da bildiribər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Açılış mərasimində çıxış edən Respublika Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Azərbaycan xalqının ümummilli liderinin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. O, bildirib ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkədə 84, eləcə də son illər Masallı rayonunda 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
 
Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təşkili, valideyn-müəllim münasibətlərinin tənzimlənməsindən bəhs edən F.Qədirov ötən ilə nisbətən bu tədris ilinin nəticələrinə görə Masallı təhsilində irəliləyiş nəzərə çarpacaq dərəcədədir.
O,mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb.

“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад