Главная > Təhsil > Masallıda peşə təmayüllü siniflər yaradılacaq
Masallıda peşə təmayüllü siniflər yaradılacaq17-09-2019, 08:47. Разместил: yeni321 |
Masallıda peşə təmayüllü siniflər yaradılacaq 2019-2020-ci tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Masallı rayonunun S.Tağıyev adına Digah tam orta məktəbində də yaradılacaq. Məktəbin direktoru Namiq Ağayevin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumata görə bu, Nazirliyin verdiyi pilot layihədir. Məktəbimizdə ilkin olaraq 1 peşə təmayüllü sinif açılacaq. Həmin sinifdə 20 şagird 2 qpupda 2 ixtisasdan olan kənd təsərrüfatı və turizm peşələrinə yiyələnəcəklər. Onlar məktəbi bitirdikdən sonra artıq seçdikləri müxtəlif sənət üzrə istehsal sahələrində bacarıqlı peşə ustası kimi işləyə biləcəklər. Məktəbdə dərslər Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək. Gələcəkdə məktəbimizdə şagirdlərin peşə təmayüllü işi ardıcıl təşkil olunacaq. Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Вернуться назад |