Главная > Təhsil / Manşet > Masallıda tanınmış ziyalı Qardaş Fətullayevin 70 illik yubileyi qeyd edilib

Masallıda tanınmış ziyalı Qardaş Fətullayevin 70 illik yubileyi qeyd edilib


28-11-2017, 13:40. Разместил: yeni321

   Masallıda tanınmış ziyalı Qardaş Fətullayevin 70 illik yubileyi qeyd edilib
  
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun tanınmış ziyalısı Qardaş Fətullayevin 70 illik yubileyi qeyd edilib.

Əvvəlcə yubilyarın ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı , C
ənub bölgəsinin tanınmış ziyalısı Qardaş Fətullayevin ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, Heydər Əliyev ideyalarına həmişə sədaqətlidir. Qardaş müəllim Masallının simasını təmsil edən ziyalıdır. Onun bugünkü mövqeyi, cəmiyyətdə hörməti imkan verir ki, Masallının böyük ziyalı dəstəsinə başçılıq etsin. Çünki, bu dəstə tanınmış alimlər, ictimai xadimlər, sənət adamları ilə zəngindir. 

Rayon rəhbəri Qardaş Fətullayev ə 70 illik yubileyi münasibətilə Fəxri fərman təqdim edib.  


"Tərəqqi" medallı , respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov yubilyarın əmək və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Qardaş Fətullayev 1947-ci ildə Masallının Yeddioymaq kəndində anadan olub, orta məktəbi Yeddioymaq kəndində bitirib. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb.Yeddioymaq kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamış, bir il altı ay müəllim işlədikdən sonra Masallı Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. 9 il bu vəzifədə işləyib.Sonra 14 il ərzində Masallı Rayon XDS-də sədr müavini, Məişət Xidməti Kombinatının rəisi, yerli istehsal Kombinatının direktoru vəzifələrində çalışıb. Hazırda "Masallı ziyalıları"İB-nin sədri, YAP Masallı Rayon Təşkilatının, təhsil şöbəsinin, rayon Ağsaqqalar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvüdür. 


Yubiley tədbirində çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Şeyfəddin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgə
si üzrə qazisi Mirqiyas Təhməzov, “Yeni həyat qəzetinin əməkdaşı Rəsul Rzayev, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, rayon ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev, YAP Ərkivan qəsəbə təşkilatının sədr müavini Sübhan Şiriyev, Gəyəçöl kənd tam orta məktəbinin rus dili və ədəbiyyat müəllimi Lalə İsrafilova , Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabov və başqaları Qardaş Fətullayevin respublikanın və Masallının ictimai-siyasi həyatındakı fəaliyyətindən, Vətənə, dövlətə, ulu öndərə, dövlətimizin başçısına sədaqətindən danışıblar.
 
Yubiley tədbirində Q. Fətullayevə Fəxri fərman və qiymətli hədiyyələr verilib, 
ona ünvanlanan təbrik teleqramları oxunub.

Q. Fətullayev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.


Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.


                                                                                                                               "Yeni həyat".
                                                                                                                         www.Yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад