Главная > Təhsil > Masallıda gənc müəllimlərlə görüş
Masallıda gənc müəllimlərlə görüş19-09-2019, 11:08. Разместил: yeni321 |
Masallıda gənc müəllimlərlə görüş Masallı şəhərindəki 4 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində ilk dəfə müəllimlik fəaliyyətinə başlayan gənclərlə görüş keçirilib. Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov rayona təyinat almış gənc müəllimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, 2019-2020-ci tədris ilində Masallı rayonunda müxtəlif fənlər üzrə 222-dən artıq vakant yerlərin əksəriyyəti yüksək nəticə göstərən müəllimlər tərəfindən tutulub. Onların arasında Azərbaycanın müxtəlif rayonlarından gələn müəllimlər də var. Son illər Masallı təhsilində qazanılan uğurlardan danışan T.Əkbərov yeni dərs ilində tədrisin keyfiyyətini daha da yüksəltmək üçün gənc müəllimlərin qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb. Ümumtəhsil məktəblərində istedadlı şagirdlərin aşkar edilməsi, onların istedadının düzgün istiqamətləndirilməsi sahəsində fəaliyyətin gücləndirilməsinin müəllimlərin əsas vəzifələrindən olduğunu vurğulayan təhsil şöbəsinin müdiri deyib: “Dərs zamanı sizə rast gələn və çətin tərbiyə olunan şagirdlərə qarşı daha dözümlü, daha səbirli münasibət göstərmək lazımdır. İstər Masallıdan olan, istərsə də ölkəmizin digər bölgələrindən gələn gənc müəllimlərə həm məktəb rəhbərliyi, həm də təhsil şöbəsi qayğı göstərəcək, onların rahat və səmərəli işləməsi üçün hər cür şərait yaradılacaq”. Təhsil Nazirliyinin 2019-cu il 30 avqust tarixli müvafiq əmrindən irəli gələn vəzifələri gənc müəllimlərin diqqətinə çatdıran T.Əkbərov hər bir müəllimin işə məsuliyyətlə yanaşmağa və təhsilin keyfiyyətinin artırılması yolunda bilik və bacarığını əsirgəməməyə borclu olduğunu bildirib. Görüşdə çıxış edən gənc müəllimlər - Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbin müəllimi Nübar Hüseynova, Mahmudavar kənd tam orta məktəbin müəllimi Gülşən Mirzəyeva, Tüklə kənd tam orta məktəbin müəllimi Zülfiyyə Həsənova, Mahmudavar kənd ümumi orta məktəbin müəllimi Turanə Veysəlova və başqaları ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Вернуться назад |