Главная > Təhsil > Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib

Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib


23-09-2019, 08:39. Разместил: yeni321
Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib

Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Məntiq-2019” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. Məhz cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdir etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı da gənclərin hərtərəfli inkişafı üçün atılmış addımlardan biridir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştrakçıları salamlamlş və bu səpgidə keçirilən tədbirlər gənclərin intelekt bilik səviyyələrinin artmasına, onların vətənpərvərlik ruhunda inkişafına köməklik etdiyini bildirmişdir.
Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri şəhər 5 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Viləş” komandası, II yeri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin yeniyetmələrdən ibarət “Hişkədərə” komandası , III yeri C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin yeniyetmələrdən ibarət “Vendetta” komandası layiq görülmüşdür. Şəhər 2 saylı tam orta məktəbin yeniyetmələrdən ibarət “Qarabağ” komandası xüsusi fəallığına görə diplomla mükafatlandırıldı.
Sonda qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla təltif edilmişdir.

“Yeni həyat”,
www.yeniheyet.az




шаблоны для dle 11.2
Вернуться назад