Главная > Təhsil > MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR

MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR


7-10-2019, 09:11. Разместил: admin44

MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR

Oktyabrın 4-də YAP Masallı Rayon Təşkilatının dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa - kompozisiya göstərilmişdir.
Tədbiri kollecin müəllimi, aktyor Cəmaləddin Əliyev açmış, müəllimləri təbrik etmişdir. Masallı Dövlət Regional Kollecininin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov başçılıq etdiyi kollektivin uğurlarından danışmış, müəllimləri təbrik etmişdir.

O, göstərmişdir ki, 1966-cı ildə təsis edilən Beynəlxalq  Müəllimlər Günü indi müstəqil ölkəmizdə daha möhtəşəm qeyd edilir. Ulu öndər dövlət müstəqilliyimizin ilk illərindən təhsilə böyük önəm verir, “Mən dünyada müəllim adından şərəfli ad tanımıram” deyirdi. Bu gün Azərbaycan təhsili ulu rəhbərin tövsiyə etdiyi bünövrənin üzərində inkişaf edir. Rayonumuz  da bu diqqət və qayğıdan yetərincə bəhrələnir. Hər il yüzlərlə Masallı gənci ali məktəblərə daxil olur. Bu, müəllimlərimizin əməyi, səyi nəticəsində başa gəlir.
Regional Kollecimiz də rayonda keçirilən bütün tədbirlərdə fəallıq göstərir. Təhsil uğurlarımız da göz qabağındadır.
Vidadi Nəzərov kollecdə təlim-tərbiyənin yüksəldilməsində, tələbələrin elmi biliklərinin artırılmasında əməyi olan müəllimlərdən Baba Həsənovu, Xatirə Məmmədova və Süsən Əsədullayevanı Fəxri fərmanla təltif etmişdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev müəllimləri təbrik edərək kollecin direktoru Vidadi Nəzərovu qarşıdakı 60 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etmişdir. O, qeyd etmişdir ki, ölkə Prezidenti təhsilə daim qayğı göstərir. Respublikada hər il tikilən məktəblər, müəllimlərin əmək haqqının yüksəldilməsi bunun bariz nümunəsidir. Şərəfli müəllim adı hamımız üçün əzizdir. Çünki bu ad müqəddəsdir.
“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, veteran müəllim Soltanağa Cəfərov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və başqaları çıxışlarında rayonun pedaqoji ictimaiyyətini təbrik etmişlər.
Masallı Dövlət Regional Kollecinin tələbələri “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa-kompozisiya göstərmişlər.
Tələbələr Vətənə, gəncliyə, Azərbaycanın üç rəngli Bayrağına, müəllimə, gələcək xoş günlərimizə həsr edilən şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Kollecin bir qrup fəal tələbəsinə diplomlar təqdim olunmuşdur.
Sonda xatirə şəkli çəkilmişdir.

“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад