Главная > Təhsil > MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB

MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB


31-10-2019, 16:21. Разместил: yeni321
“Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində

 MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB


   Masallı rayonunun “Qala” İstirahət Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində təşkil edilmiş düşərgəyə yekun vurulub.
    Bu barədə məlumat verən layihə rəhbəri Raci Səfərov bildirib ki, layihənin məqsədi region gənclərinin işə qəbulu zamanı tələb olunan bacarıqlarının təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırılmasına dəstək olmaqdır.
    Layihənin müddəti üç ay olmaqla 1 sentyabr -1 dekabr 2019-cu il tarixləri əhatə edir.
    Layihə çərçivəsində Bakı, Mingəçevir, Şəki, Qazax, Biləsuvar, Lənkəran, Cəlilabad, Cəbrayıl, Xocavənd, Zərdab, Lerik və Ağdam rayon və şəhərlərindən seçilmiş 25 gənc üçün üçgünlük (25-27 oktyabr) düşərgə təşkil edilib.
      Düşərgədə iki gün ərzində iştirakçılara təqdimat bacarıqları, bacarıqların təhlili, işə müraciət qaydaları, ünsiyyət qurmaq bacarığı, zamanın idarə edilməsi, komanda işinin qurulması, CV yazılışı qaydaları, müsahibə zamanı diqqət ediləsi məqamlar, özəl və dövlət qulluğunun fərqi mövzularında təlimlər keçirilib.
    Təlimləri beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edib.
    Layihədə nəzərdə tutulmuş "Facebook" sosial şəbəkəsində “Gənclərin məşğulluğuna dəstək” adlı qrup yaradılıb.
   Düşərgənin sonuncu günündə iştirakçılar Masallı rayonunda yerləşən “Asan xidmət” Mərkəzinə, "İstisu" sanatoriya-müalicə mərkəzinə və Masallı Sənaye Məhəlləsinə ekskursiya edib, müxtəlif peşə sahələri ilə tanış olublar.
    Düşərgədə qonaq qismində Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak edib.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад