Главная > Təhsil / Səhiyyə > Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"

Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"


5-11-2019, 20:03. Разместил: yeni321
Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu" 

Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, məktəbin direktoru Arif Mehtiyev, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu, eyni zamanda bu istiqamətdə mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Çıxışlarda həmçinin gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmağın əhəmiyyəti vurğulanıb. Dini radikalizmin fəsadları, ona qarşı mübarizə metodları haqqında məlumat verilib, maarifləndirmə tədbirlərinin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Natiqlər bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Akif AĞAYEV,
 “Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад