Главная > Təhsil > Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib


5-11-2019, 20:21. Разместил: yeni321

 Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib 

Noyabrın 5-də Masallı rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş gənclər arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov gəncləri qarşıdan gələn Bayraq günü münasibətilə təbrik etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə yarışın keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsinin yüksəlməsi, istedadlı gəncləri üzə çıxarılması, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında geniş biliklərə sahib olmalarına köməkdən ibarət olduğunu vurğulamışdır.
Bilik mübarizəsində Bala Kolatan kənd tam orta məktəbinin “Big-bang” komandası birinci, “Dəfinə” məktəb-liseyinin eyni adlı komandası ikinci , Ə.Bağırov adına 4 nömrəli Ərkivan qəsəbə tam orta məktəbinin “Zəka” komandası üçüncü yerə layiq görülmüşdür. Fərqləndiyinə görə Bədəlan kənd tam orta məktəbinin komandası diplomla mükafatlandırılmışdır.
Qalib komandalar təşkilat komitəsinin kubok, diplom və medalları ilə təltif edilmişdir.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад