Главная > Təhsil > Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər

Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər


13-11-2019, 17:02. Разместил: yeni321
Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş on ikinci tur-aksiya davam edir.
Noyabrın 13-də səhər tezdən Masallı rayonunun məktəbliləri – IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.
Məktəblilər əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək ulu öndərə ehtiram və dərin məhəbbətlərini bildiriblər.
Yolasalma mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov və aparatı, təhsil şöbəsinin məsul işçiləri, məktəblilər, onların valideynləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Sonradan Masallı məktəblilərinə bu marşrut üzrə yola düşəcək Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının məktəbliləri qoşulublar.
Tədbirdə müəllim və valideynlər maarifləndirici tur-aksiyanın əhəmiyyətini yüksək dəyərləndirərək möhtəşəm layihənin təşkilinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Mərasim Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin bədii-özfəaliyyət kollektivinin, Heydər Əliyev Mərkəzinin rəqs qrupunun iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.
Məktəblilər rəqs edib, xatirə şəkilləri çəkdiriblər.
Sonra Cənub bölgəsinin məktəbliləri onlarçün ayrılmış xüsusi avtobuslara əyləşərək ölkəmizin Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıblar.


 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад