Главная > Təhsil > Masallı Polisi tələbələrlə görüş keçirib

Masallı Polisi tələbələrlə görüş keçirib


14-11-2019, 19:10. Разместил: yeni321
Masallı Polisi tələbələrlə görüş keçirib

Noyabrın 14-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Dövlət Regional Kollecinin tələbələri ilə “Narkomaniyaya yox deyək” adlı dini ekstremizm və erkən nikahlar mövzusunda görüş keçirilib.
Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov açaraq narkomaniya, erkən nikah və dini ekstremizm barədə söhbət açıb, bu sahədə aparılan maarifləndirmə məsələlərində fəal olmağı gündəmə gətirib.
 Masallı RPŞ-nın rəisi polis polkovniki Habil Əmiraslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışlarında narkomaniya, erkən nikahlar və dini ekstremizmlə bağlı geniş söhbət edib, faktlarla bu sahədə olan faciələri diqqətə çatdırıblar.
Tədbir tələbələrin fəal iştirakı, təklif, sual və müraciətləri ilə qarşılıqlı diskussiya şəraitində keçib.


 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад