Главная > Təhsil > Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub19-11-2019, 23:00. Разместил: yeni321 |
Masallıda “Abitruriyentlərin inteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarıqlarının artırılması” layihəsi uğurla başa çatıb Noyabrın 18-də Masallı rayonunun müxtəlif məktəblərindən olan müəllimlərin iştirakı ilə şəhər 3 saylı tam orta məktəbində yekun-hesabat tədbiri keçirilib. Tədbir iştirakçılarına məlumat verən layihə rəhbəri Cavad Cəfərov bildirib ki, “Abitruriyentlərin inteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarıqlarının artırılması” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə ücüncü qrant müsabiqəsinin qalib layihələrindəndir. O, deyib ki, bugünkü yekun tədbirimiz təhsil ictimaiyyətinə hesabat üçün nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, təlimlərdə ali və orta-ixtisas məktəblərinə imtahan verəcək məktəblilər təmsil olunub. Layihədə Masallı rayonu üzrə 10 ümumtəhsil məktəbindən 220 nəfərdən artıq IX-XI sinif şagirdləri iştirak edib. İştirakçılara kitabçalar paylanılıb, sertifikatlar təqdim edilib. Layihə çərçivəsində təlimlər Masallı şəhəri, Ərkivan qəsəbəsi, Hişkədərə, Banbaşı, Yeddioymaq, Dəmirçi, Qəriblər, Kəlbəhüseynli, Təzə-Alvadı və Xıl kənd məktəblərində keçirilib. Qeyd edək ki, layihənin məqsədi qiymətləndirmə tapşırıqları haqqında şagirdləri məlumatlandırmaqdır. Təlimləri təcrübəli təlimçi Nəsimi Bədəlov idarə edib. Təlimlər zamanı məktəblilərə situativ və inteqrativ tipli test tapşırılarının həll edilməsi mövzusunda məlumatlar verilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |