Главная > Təhsil > Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib
Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib22-11-2019, 13:15. Разместил: yeni321 |
Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib Noyabrın 21-də Masallı şəhərində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən cənub bölgəsində “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci seminarı keçirilib. Üç ay (1 sentyabr - 1 dekabr) davam edəcək layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərovun verdiyi məlumata görə layihənin məqsədi region gənclərinin ictimai iştirakçılığına nail olmaq, qanunvericiliyin prioritetlərini təbliğ etmək, gənclər arasında hüquqi-informativ məlumatsızlıq probleminin həllinə dəstək olmaqdır. Masallı şəhərində 25 gəncin iştirakı ilə keçirilən seminarda iştirakçılara vətəndaş cəmiyyəti və yerli hökumət institutları, ictimai iştirakçılıq haqqında qanunvericiliyin prioritetləri haqqında məlumat verilib. Seminar müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə olunub. Qeyd edək ki, növbəti seminarlar Astara, Lənkəran, Cəlilabad və Lerik rayonlarında keçiriləcək. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |