Главная > Təhsil > Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib

Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib


25-11-2019, 14:38. Разместил: yeni321
Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib 

Noyabrın 25-də Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının rayon seçim turu keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılması, beynəlxalq intellektual yarışlara hazırlanmasında bu cür tədbirlərin əhəmiyyətindən danışaraq,  iştrakçılara uğurlar arzulayıblar.
Bilik yarışında Mahmudavar kənd tam orta məktəbin “Elm” komandası I, C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin “Cəm-Cəm” komandası II, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin “Zəfər ” komandası III yerə layiq görülüb. Fərqləndiyinə görə X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin “Zirvə” komandası diplomla mükafatlandırılıb.
Qalib komandalar təşkilat komitəsinin diplomları ilə təltif edilib.
İlk üç yeri tutan komandalar Lerik rayonunda keçiriləcək yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının zona mərhələsində iştrak edəcək.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад