Главная > Təhsil > Masallıda könüllülər üçün intellektual oyunlar keçirilib

Masallıda könüllülər üçün intellektual oyunlar keçirilib


24-01-2020, 17:42. Разместил: yeni321
  2020-ci il Azərbaycanda “Könüllülər ili”dir
 
Masallıda könüllülər üçün intellektual oyunlar keçirilib

Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə “Könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili” layihəsi keçirilib.
İslam Ərzullazadənin 13-cü qrant müsabiqədə fərdi kateqoriya üzrə qalib olduğu layihənin ilk günü layihə rəhbəri donor və layihə haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ölkədə gənclərə, könüllülərə diqqət və qayğının təzahürüdür. Bu layihə də Masallı rayonunda fəaliyyət göstərən könüllü təşkilatlar arasında bilik və bacarıqların sınanmasında, onların bir-birilə əlaqələr qurmasında yeni imkanlar yaradır.
Layihədə Masallı rayonundan olan 8 dövlət və özəl qurumlardan könüllü komandalar iştirak edib. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin, “ASAN Könüllülər” Təşkilatının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri, Masallı Dövlət Regional Kollecinin “Bir tələbə”, “Bir könüllü” proqramının könüllüləri, “Maximum Development Training Academy”nin könüllü komandası çoxnövçülük üzrə intellektual oyunlarda qalib olmaq üçün iki yarımgün yarışıblar.
İlk gün keçirilən yarışlarda rayon gənclər və idman idarəsinin və rayon təhsil şöbəsinin komandaları rəqiblərindən güclü olub.
İkinci günün yarışlarında “Maximum Development Training Academy”, könüllülər arasında fərdi yarışda isə Şamxal Əmirov qalib adını qazanıb.
Qaliblərə kubok, diplom və hədiyyələr, həmçinin layihədə iştirak edən hər bir gəncə sertifikat və hədiyyələr verilib.
  
 

 “Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад