Главная > Təhsil > “Evdə qal, kitab oxu” aksiyası davam edir

“Evdə qal, kitab oxu” aksiyası davam edir


28-04-2020, 10:00. Разместил: admin44
“Evdə qal, kitab oxu” aksiyası davam edir 

Həmyerlimiz Arzu Bağırovanın rəhbərlik etdiyi "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi tərəfindən (RHİM İB) “Evdə qal, kitab oxu” aksiyası çərçivəsində Masallı rayonunda yaşayan daha 50-dən çox gəncə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar hədiyyə olaraq göndərilib.
Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır.
Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.
Qeyd edək ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi tərəfindən bundan əvvəl də Masallıda yaşayan gənclərə tibbi gigiyenik vasitələr və mütaliə üçün müxtəlif məzmunlu kitablar göndərilmişdi.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад