Главная > Təhsil > Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə

Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə


7-05-2020, 14:14. Разместил: yeni321
Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə 

Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə keçirilib.
Onlayn müşavirədə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, şöbənin əməkdaşları, məktəb və məktəbdənkənar müəssisələrin rəhbərləri, direktor müavinləri və UBT rəhbərləri iştirak ediblər.
Onlayn müşavirəni giriş sözü ilə açan Tariyel Əkbərov bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunun qalibi “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi İsrafilova Tunarə Ağadədə qızı olub. Onun təqdimatı respublika final mərhələsinə göndərilib.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov şagirdlər arasında “Əlaçı” virtual yarışmasında fəal iştirak etmək, karantin qaydalarına əməl edilməsi üçün növbətçiliyin təşkili, virtual dərslərin şagirdlər tərəfindən izlənilməsinə nəzarət və s. haqqında tapşırıq verib.
RTŞ-nin müdir muavini Samit İslamov məktəblər arasında onlayn müsabiqə və yarışların keçirilməsi, fərqlənən şagirdlərə tərifnamələrin verilməsinin əhəmiyyəti haqqında danışıb.
Onlayn müşavirədə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbinin direktoru S.Hüseynov, Masallı UGİM-nin direktoru Ə.Axundova, Bədəlan kənd tam orta məktəbinin direktor müavini M.Şahbazova, Mahmudavar kənd ümumi orta məktəbinin direktor muavini Ç.Fərəcov çıxış ediblər.
Masallı RTŞ-nın müdiri T.Əkbərov verilən sualları cavablandırıb.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад