Главная > Təhsil > Masallı məktəblisi respublika müsabiqəsinin mükafatçısıdır

Masallı məktəblisi respublika müsabiqəsinin mükafatçısıdır


11-05-2020, 11:00. Разместил: yeni321
Tunarə üçüncü dərəcəli diplomla təltif olunub
 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri müəyyən olunub.
Müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsidir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirən Təhsil naziri Ceyhun Bayramov məktəbliləri təbrik edərək onlara uğurlar arzulayıb. O, təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirib və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
Məlumat üçün bildirək ki, müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən Masallı rayon “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Tunarə İsrafilova üçüncü dərəcəli diplomla təltif olunub.
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад