Главная > Təhsil > Masallı məktəblisi ikinci dəfə bilik yarışmasının qalibi oldu

Masallı məktəblisi ikinci dəfə bilik yarışmasının qalibi oldu


5-06-2020, 16:47. Разместил: yeni321
Masallı məktəblisi ikinci dəfə bilik yarışmasının qalibi oldu
 
  Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin IX sinif şagirdi İlqarə Şahbazzadə (VII həftənin nəticələrinə əsasən) Təhsil Nazirliyinin keçirdiyi “Virtual əlaçı” bilik yarışmasının qalibi olub. Xatırladaq ki, o, eyni zamanda bilik yarışmasının IV həftəsinin də qalibi adını qazanıb.
Aprelin 15-dən "Virtual məktəb" portalında “Virtual əlaçı” bilik yarışmasına start verilib. Hər həftə təşkil olunan yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
“Virtual əlaçı” yarışmasında iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olur və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan edilir.
Masallı məktəblilərinin müsabiqələrdə fəal iştirakı davam edir.
Digər şagirdlərin də bu kimi layihələrdən daha səmərəli istifadəsi təqdirəlayiqdir.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
  шаблоны для dle 11.2
Вернуться назад