Главная > Təhsil > Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri

Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri


17-06-2020, 11:59. Разместил: yeni321
Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri

İyunun 5-də Respublika Fənn Olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə, iyunun 9-da isə Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, kimya və tarix fənləri üzrə final turu keçirilib.
Qiymətləndirmə və yazı işlərinin münsiflər heyətinin iştirakı ilə müzakirə prosesi yekunlaşdıqdan sonra qaliblər müəyyən edilib.
Respublika Fənn Olimpiadalarında müvafiq fənn və yaş qrupları üzrə Masallı rayon ümumtəhsil məktəblərindən 12 şagird iştirak edib.
Altı məktəblimiz nəticələrə uyğun yer tutublar.
Yuxarı yaş qrupu üzrə Qızılağac 1 saylı tam orta məktəbin XI sinif şagirdləri Toğrul Səfərli I, Fərid Nəsirov II (coğrafiya fənnindən), Azər Ramazanlı II (tarix fənnindən), şəhər III saylı tam orta məktəbin X sinif şagirdi Kənan Şükürlü III (kimya fənnindən) yerə, aşağı yaş qrupu üzrə isə Şığıncaq kənd tam orta məktəbin VIII sinif şagirdi Rövnəq Cəfərov II (coğrafiya fənnindən), Sığdaş kənd tam orta məktəbin IX sinif şagirdi Sadiq Musayev III (tarix fənnindən) yerə layiq görülüblər.

Akif VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад