Главная > Təhsil / İdman > Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb

Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb


11-08-2020, 18:00. Разместил: yeni321
Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə oğlan və qızlar arasında rayonun 2020-ci ildə Gənclər Paytaxtı seçilməsilə əlaqədar olaraq onlayn qaydada keçirilən şahmat yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
Oğlanlar arasında Mircavad Bəşirov birinci, Mirseyidəli Talıbzadə ikinci, Dadaş Dadaşov üçüncü yerə layiq görülüblər. Qızlar arasında isə Lalə Ağacanova, Zeynəb Quliyeva və Səma Sadıqzadə fərqləniblər.
Gənclər və idman idarəsinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq rayon birinciliyində isə Masallı rayonunun komandaları ilə yanaşı, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan gənclər də iştirak ediblər.
Bilik yarışmasında “GAUNTLET” (Masallı) komandası 22 xal toplayaraq birinci, “Stimul” (Lerik) komandası 21 xalla ikinci, “Cənab General” komandası (Cəlilabad) 20 xalla üçüncü yerə layiq görülüblər.
Mükafatlandırılma mərasimində qalibləri təbrik edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov idmançılara həmişə Azərbaycan Respublikasının üçrəngli Bayrağını uca zirvələrdə dalğalandırmağı arzulayıb.
Qalib komandaların üzvlərinə koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
   
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад