Главная > Təhsil > Masallı məktəblisinə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatı təqdim edilib

Masallı məktəblisinə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatı təqdim edilib


24-08-2020, 17:15. Разместил: yeni321
Masallı məktəblisinə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatı təqdim edilib 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 2019-2020-ci dərs ilində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinə yekun vurulub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
“Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin final mərhələsində üçüncü yerə layiq görülmüş Masallı şəhər "Dəfinə" məktəb-liseyinin IX sinif şagirdi İsrafilova Turanə Ağadədə qızı Təhsil Nazirliyi tərəfindən III dərəcəli diplom və qiymətli hədiyyə ilə təltif edilib.
Təltif avqustun 24-də Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov tərəfindən qalibə təqdim olunub.
Təqdimat Masallı Rayon Təhsil Şöbəsində keçirilib.

A.AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад