Главная > Təhsil > MASALLI - Boradigah qəsəbəsində yeni məktəb binası tikilir

MASALLI - Boradigah qəsəbəsində yeni məktəb binası tikilir


27-08-2020, 18:39. Разместил: yeni321
Boradigah qəsəbəsində 600 yerlik yeni məktəb binası tikilir 

  Təhsil Nazirliyinin sifarişi ilə Masallı rayonunun Boradigah qəsəbə İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəbi üçün yeni üçmərtəbəli bina inşa olunur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Boradigah qəsəbəsində tikintisi davam etdirilən məktəbdə görülən işlərlə yerində tanış olub.
Obyektin iş icraçısı Tahir İsmayılov aparılan tikinti işləri ilə İcra başçısını tanış edərək bildirib ki, üçmərtəbəli 600 şagird yerlik olmaqla müasir tələblərə cavab verəcək yeni binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılır. Təhsil ocağında müasir istilik sistemi, geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcək.
Rayon rəhbəri yeni təhsil ocağını gəzdikdən sonra inşaatçılara işlərində uğurlar arzulayıb, işin sürətləndirilməsini tövsiyə edib.
Qeyd edək ki, tikintiyə 2019-cu ilin noyabr ayında başlanıb, cari ilin dekabr ayına kimi təhvil verilməsi nəzərdə tutulub.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад