Главная > Təhsil > Masallı təhsilində uğurlu tədris ili

Masallı təhsilində uğurlu tədris ili


9-09-2020, 12:00. Разместил: yeni321
Masallı təhsilində uğurlu tədris ili

Masallı rayonunun təhsil sistemində daha bir tədris ili uğurla yekunlaşıb.
Masallı Rayon Təhsil Şöbəsindən “Yenihəyat.az”-a verilən məlumata əsasən rayon ümumtəhsil məktəblərini 2018/2019 və 2019/2020-ci tədris ilində bitirib ali məktəblərə sənəd verib 500-700 bal toplayanların müqayisəli təhlilini təqdim edirik.
Bildirilir ki, ötən tədris ilində məktəb bitirən məzunların sayı 1311, bu il isə 1352 nəfər olub. Onlardan bu il 794 (keçən il 727 nəfər) məzun sənədlərini ali məktəbə qəbul komissiyasına təqdim edib.
Abituriyentlərin 100 nəfəri (ötən tədris ilində 85 nəfər) ali məktəblərə qəbul imtahanlarıda yüksək nəticə əldə edib. Belə ki, məzunlardan 2019/2020-ci tədris ilində ali məktəblərə qəbul zamanı 73 nəfər 500-600 (keçən tədris ilində 60 məzun), 27 nəfər isə 600-700 bal (ötən il 25 məzun) toplayıblar.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад