Главная > Təhsil > Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub

Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub


15-09-2020, 19:25. Разместил: yeni321

Masallı RİH başçısı 1 nömrəli tam orta məktəbində

 
Sentyabrın 15-də Masallı şəhər 1 nömrəli tam orta məktəbi öz qapılarını növbəti dəfə şagirdlərin üzünə açdı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov şəhər 1 nömrəli tam orta məktəbinə gələrək, yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi səmimi təbriklərini çatdırıb. Rayon rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Masallıda da uğurla icra olunur. Yeni məktəblər tikilir, uşaq bağçaları istifadəyə verilir.
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.
Məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunur.
Qeyd edək ki, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İcra başçısı məktəbdə üçüncü «Ç», ikinci «C», birinci «D», ikinci «A» siniflərində olub, ara məsafəsi saxlamaqla hər bir məktəblinin əllərini dezinfeksiya edib.
Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olmağı tövsiyə edib.
-Məktəb yaxşı vətəndaş tərbiyə etməlidir. Hər bir məktəbli Vətənini sevməli, ölkəmizin, Masallının Milli Qəhrəmanlarını, şəhidlərini, işğal altında olan rayonlarımızı tanımalıdır, — deyə RİH başçısı bildirib.

 

Masallı RİH başçısı şəhər 1 nömrəli uçaq bağçasında


Sentyabrın 15-də Masallı şəhər 1 nömrəli uçaq bağçası öz qapılarını uşaqların üzünə açdı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov şəhər 1 nömrəli uşaq bağçasına gələrək, təlim-tərbiyə işləri ilə tanış olub.
Bağça binasında əyləncə, yataq, idman, məşğələ, tibb otaqları, mətbəx və yeməkxana, sanitar qovşaqları, ərzaq anbarı və digər otaqlar var.
RİH başçısı Şahin Məmmədov kollektivlə görüş zamanı bildirib ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Rayon rəhbəri bu sahədə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulayıb. Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallıda mühüm addımlar atılmaqdadır. Bu il rayonda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq bu sahədə işlər görülməkdədir.
İcra başçısı ara məsafəsi saxlamaqla hər bir bağça uşağnın əllərini dezinfeksiya edib.
Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir uşağın təlim — tərbiyəsinə nail olmağı tövsiyə edib.
Şəhər 1 nömrəli uçaq bağçasının kollektivi ölkə rəhbərinə minnətdarlıq bildirib.
 
Təhsil millətin gələcəyidir
 
15 sentyabr 2020-ci il tarixdə Masallı RİH başçısı yeni tədris ilinin ilk günü şəhər «Dəfinə» tam orta məktəbində olub.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi səmimi salamlamış, sonra sinif otaqlarını gəzmişdir. İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik daha da möhkəmlənir, iqtisadiyyat inkişaf edir, bütün sahələrdə islahatlar davam edir.
Görüş zamanı məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunmuşdur. Belə ki, icra başçısı ara məsafəsi saxlamaqla məktəbdə birinci «A», ikinci «A», üçüncü «B», birinci «B» siniflərini gəzib, hər bir məktəblinin əllərini dezinfeksiya edib. O, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla sağlam həyata qayıtmağı bildirib.
Qeyd edək ki, «Dəfinə» tam orta məktəbində də I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlanıb.

 
Masallı şəhər 2 saylı körpələr evi - uşaq bağçası açılışın ilk günündə
 
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısı Masallıda da hiss olunur. Bunu dövlət başçısının qayğısı sayəsində son illər rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirlərdən, yaradılan şəraitdən də aydın şəkildə görmək olar. Rayonda yeni tikilən məktəblərin, inşa olunan körpələr evi-uşaq bağçalarının sayının ildən-ilə artması isə bu sahədə görülmüş işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Ölkə başçısının körpələrə qayğısını əldə rəhbər tutan Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov da rayonda fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Belə ki, cari ildə rayonda yeddi məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi proqnozlaşdırılıb. Hal-hazırda bu sahədə işlər günbəgün davam etdirilir.
Elə bu məqsədlə Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov 15 sentyabr 2020-ci il tarixdə şəhər 2 nömrəli körpələr evi — uçaq bağçasında olmuşdur.
Ara məsafə gözləmək şərtilə təlim-tərbiyə işlərinə diqqət yetirən icra başçısı pandemiya dövründə uşaq kollektivi qarşısında qoyulan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.


Uşaqlar bizim gələcəyimizdir
 
15 sentyabr 2020-ci il tarixdə Masallı şəhər 3 nömrəli uşaq bağçası bu gün yenidən fəaliyyətinə davam edib.
Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov şəhər 3 nömrəli uşaq bağçasına gəlmiş, buradakı təlim-tərbiyə işləri ilə yaxından tanış olmuşdur.
Masallı RİH Başçısı kollektivlə görüşündə qeyd etmişdir ki, dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaq qayğısını həmişə diqqətdə saxlayır, onların sağlam böyüməsi üçün əllərindən gələni edir.
İcra başçısı ara məsafəsi saxlamaqla hər bir bağça uşağnın əllərini dezinfeksiya edib.
Rayon rəhbəri uşaq bağçasında görülən işlərlə tanış olub, maddi-məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

“Yeni həyat”,      
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад