Главная > Təhsil > Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib17-09-2020, 17:18. Разместил: yeni321 |
Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib Masallı gəncləri arasında onlayn qaydada 15 sentyabr "Bilik Günü"nə həsr olunmuş fərdi intellektual yarış keçirilib. "Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkil etdiyi tədbir gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi daşıyıb. İntellektual yarışmada Covid-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl edilib. Yarışın nəticələrinə əsasən Orxan Qafarov birinci, Allahverdi Rəvan ikinci, Şükür Məmmədov isə üçüncü yerə layiq görülüb. Qaliblər təşkilat komitəsinin diplomları ilə təltif olunublar. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |