Главная > Təhsil / Maraqlı > “Ümidim sənsən” yenə ümidləri doğrultdu

“Ümidim sənsən” yenə ümidləri doğrultdu


17-09-2020, 14:56. Разместил: yeni321
“Ümidim sənsən” yenə ümidləri doğrultdu 

Masallı rayonunda fəaliyyət göstərən, Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyi az qala hər ay, hər həftə onlarca insanı sevindirir.
Bu birliyə dəstək verənlər də günbəgün çoxalır. İctimai birliyin hətta ABŞ-ın Virciniya ştatında Jalə Nəsimli, Hatəvan Əliyeva kimi könüllüləri də var.
“Ümidim sənsən” komandası yeni tədris ili ərəfəsində də xeyirxah əməllərini əsirgəmədi. Masallı şəhərində və ətraf kəndlərdə 40 imkansız ailənin uşaqlarına məktəbli ləvazimatı payladı.
Bu işdə “Ümidim sənsən”in ən uğurlu dəstəkçisi Bakının UNES xeyriyyə qrupunun üzvləri oldu.
Birliyin rəhbəri onlara dəstək olan hər kəsə, eləcə də rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад