Главная > Təhsil > MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR

MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR


19-09-2020, 21:26. Разместил: yeni321
MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR

Xəbər verdiyimiz kimi Masallı təhsilindən ürəkaçan xoş xəbərlər eşidilməkdədir.
Belə ki, Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. Əmrə əsasən, ölkədə ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.
Qeyd edək ki, təltif olunanlar arasında Masallı rayonunun Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin üç şagirdi – Toğrul Əhməd oğlu Səfərli (qızıl nişan), Ramazanlı Azər Maarif oğlu (qızıl) və Fərid Afiq oğlu Nəsirov (gümüş) var.
Təbrik edirik, əziz məzunlar! Uğurlar!
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад