Главная > Təhsil > YENİ DƏRS İLİ, YENİ TƏLƏBLƏR
YENİ DƏRS İLİ, YENİ TƏLƏBLƏR23-09-2020, 19:59. Разместил: yeni321 |
YENİ DƏRS İLİ, YENİ TƏLƏBLƏR Yeni dərs ili başlanan gündən Masallı rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları rayonun 44 məktəbində olmuşlar. Əməkdaşlar təhsil müəssisəsində olarkən mövcud vəziyyətlə tanış olmuş, ara məsafəsini və pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə etmiş və müvafiq tapşırıqlarını vermişlər. Məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejiminin tələblərinə uyğun təşkili, təhsil alanların mütəmadi olaraq “Dərs vaxtı” teledərslərinə və “Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırılmışdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |