Главная > Təhsil > Masallı Rayon İcra Hakimiyyəti başçısının müəllimlərə təbriki

Masallı Rayon İcra Hakimiyyəti başçısının müəllimlərə təbriki


5-10-2020, 18:49. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısının müəllimlərə təbriki 

Əziz müəllimlər! Ulu öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”.
Məktəb hər bir vətəndaşa təhsil almaqla yanaşı milli- mənəvi dəyərləri, hörmət, vətənə sədaqət hisslərini aşılayır. Gənc nəslin vətəndaş kimi formalaşması məhz təhsil sahəsinin üzərinə düşür. Dövlətimizin apardığı uğurlu siyasətinin nəticəsidir ki, vətənin bu ağır günlərində sizin yetişdirdiyiniz vətəndaşlar ön cəbhədə mənfur düşmənə qarşı əzmlə mübarizə aparır, düşmən tapdağında olan vətən torpaqlarını düşməndən qarış-qarış geri alır.
Bu qalibiyyət bizi sevindirir. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu daha böyük zəfərlərə imza atacaqdır.
Sizi 5 oktyabr - Müəllimlər Günü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, müəllimlər həmişə olduğu kimi bundan sonra da Azərbaycan təhsilinin keşiyində bir əsgər kimi dayanacaq, doğma vətənimiz üçün vətənpərvər ruhda layiqli vətəndaşlar yetişdirəcəkdir.шаблоны для dle 11.2
Вернуться назад