Главная > Təhsil > Boradigah qəsəbəsində yeni məktəb binasında işlər davam etdirilir

Boradigah qəsəbəsində yeni məktəb binasında işlər davam etdirilir


10-10-2020, 17:21. Разместил: yeni321
Boradigah qəsəbəsində yeni məktəb binasında işlər davam etdirilir 

Masallı rayonunun Boradigah qəsəbəsində 600 şagird yerlik yeni məktəb binası tikilir.
Təhsil Nazirliyinin sifarişi ilə ötən ilin noyabr ayında tikintisinə başlanılan İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılacaq.
Müasir istilik və su sistemi ilə təmin ediləcək təhsil ocağının yeni üçmərtəbəli binasında geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Yeni məktəb binasının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад