Главная > Təhsil > Məktəblilərə Heydər Əliyev Mərkəzində mühazirə oxundu

Məktəblilərə Heydər Əliyev Mərkəzində mühazirə oxundu


8-12-2017, 14:54. Разместил: yeni321
 
Məktəblilərə Heydər Əliyev Mərkəzində mühazirə oxundu 

Masallı rayon Heydər Əliyev Mərkəzində 12 dekabr ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda mühazirə oxunmuşdur.
Dinləyicilər qismində Masallı şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Mühazirəçi – Mərkəzin direktoru Dilbər İbayeva bildirmişdir ki, Azərbaycan xalqının böyük oğlu, bütün türk dünyasının fəxri, müasir dünyanın görkəmli siyasi xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev doğma xalqına və torpağına həsr olunan mənalı bir ömür yaşadı. Sözün əsl mənasında böyük insan, böyük şəxsiyyət olan Heydər Əliyev haqqında nə qədər danışsaq, nə qədər yazsaq onun şərəfli ömründən təkcə bir yarpaq tərpətmiş olarıq. Heydər Əliyevin ideyaları hər zaman olduğu kimi bu gün də milli varlığımızın, birliyimizin təməl prinsiplərini gücləndirməyə xidmət edir.
Sonra şagirdlər Mərkəzin 3D kinozalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi izləmişlər.
 шаблоны для dle 11.2
Вернуться назад