Главная > Təhsil > Masallılı məzun Prezident təqaüdünə layiq görülüb

Masallılı məzun Prezident təqaüdünə layiq görülüb


30-10-2020, 22:48. Разместил: yeni321

Masallılı məzun Prezident təqaüdünə layiq görülüb

 
Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbinin məzunu Azər Maarif oğlu Ramazanlı 2020-ci il buraxılış və ali məktəbə qəbul imtahanında yüksək nəticə göstərərək Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməklə rayonumuzun təhsilində növbəti bir uğura imza atmışdır.
Azərin həmçinin təhsil aldığı məktəbi qızıl medalla bitirməsi və respublika fənn olimpiadalarının final turunda gümüş medal qazanması, təhsil aldığı müddətdə Masallı rayonunda təşkil olunan müxtəlif bilik və intellektual yarışlarda Masallını və təhsil aldığı məktəbi layiqli şəkildə təmsil etməsi ona olan etimadın təsdiqi idi.
Prezident təqaüdünə layiq görülməsi münasibəti ilə Azər Ramazanlını təbrik edir, gələcək təhsilində daha böyük uğurlar arzulayırıq.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад