Главная > Təhsil > Masallıda “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib

Masallıda “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib


1-12-2020, 16:14. Разместил: yeni321
Masallıda “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayonun Dəmirçi kənd ümumi və Mahmudavar kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Qarabağ azaddır!” mövzusunda videokonfrans keçirilib.
Onlayn tədbirdə əvvəlcə Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük hərbi-siyasi qələbə qazanması, Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar və nəticə olaraq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva və Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi İradə İmanbəyli, şagirdlərdən Sara Əliyeva və digərləri mövzu ilə bağlı danışıblar.
Onlayn tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад