Главная > Təhsil > Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib
Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib11-12-2020, 21:00. Разместил: yeni321 |
Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə Masallı şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəbinin qalib olduğu “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib. Layihənin məqsədi şagirdləri vətənsevər, insanpərvər, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişdirmək və onlar üçün distant formatda könüllülüklə bağlı təlimlər təşkil etməkdir. İlk distant təlim Masallı rayonunun Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin şagirdləri üçün təşkil edilib. Onlayn təlimdə əvvəlcə Qarabağ döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Virtual tədbir iştirakçılarını Vətən müharibəsində qazanılan Qələbəyə görə təbrik edən Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbinin direktoru və layihə rəhbəri Mehriban Əzizova layihənin donoru, məqsədi və gedişatı haqqında məlumat verib. Layihə çərçivəsində hazırlanmış “Gələcəyimizin könüllüləri” adlı sosial çarx təqdim edilib. (Sosial çarxı izləmək üçün keçid https://www.youtube.com/watch?v=etTa5S4pCsE ) Distant təlimdə çıxış edən Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının aktuallığından, könüllülərin ölkəmizdə hər zaman diqqətdə saxlanıldığı və onlar üçün yaradılan imkanlardan bəhs edib. Layihənin eksperti Dilbər İbayeva 2020-ci ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Könüllülər ili” adlandırılmasını könüllülərə olan qayğı və diqqətin nəticəsi kimi xarakterizə edib. O, bu kimi layihələrin şagirdlərdə ruh yüksəkliyi yaratdığını, vətənə və cəmiyyətə könüllü dəstək olmağı həvəsləndirəcəyini qeyd edib. Layihənin təlimçisi Rafət Şirəliyev könüllülük haqqında Azərbaycan Respublikasının Qanunu, könüllük fəaliyyətinin təşkili, ölkəmizdə keçirilən yerli və beynəxlalq tədbirlərdə könüllülərin iştirakı, onların əldə etdiyi bilik və bacarıqları, karyera imkanları və fərdi inkişafı haqqında distant təlim keçib. Məlumat üçün bildirək ki, Masallı rayonunun 16 məktəbini əhatə edəcək layihədən ümumilikdə 320 şagird (hər məktəbdən 20 şagird) faydalanacaq. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |