Главная > Təhsil > Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib

Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib


20-12-2020, 22:18. Разместил: yeni321
Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib 

Laçın rayonunun Taxtakörpü qəsəbə tam orta məktəbi ilə Masallı rayonunun Qəzvinoba kənd ümumi orta məktəbi arasında "Laçın Azərbaycandır!" mövzusunda birgə virtual tədbir keçirilib.
Əvvəlcə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlay görüş iştirakçıları Vətən müharibəsində qazandıqları Qələbəni xalqımıza bəxş etdiklərinə görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Şagirdlər Laçına həsr olunmuş şeirlər səsləndiriblər.
Qeyd edilib ki, bu cür tədbirlərin təşkili məktəblilərə vətənpərvərlik hisslərinin aşılanmasında, onlar arasında həmrəylik və dostluq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətlidir.

“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад