Главная > Təhsil / Səhiyyə > Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi keçirilib

Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi keçirilib


20-02-2021, 19:27. Разместил: yeni321
Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi keçirilib 

Fevralın 20-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun rəhbərliyi ilə Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirilib.
Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər.
Koronavirusla mübarizə, rayon üzrə vaksinasiya prosesinin vəziyyəti və təhsil sahəsi üzrə görülmüş işlərə həsr olunmuş müşavirəni açan Masallı Rayon İcraHhakimiyyətinin başçısı Şahin Məmmədov rayon üzrə koronavirus infeksiyası ilə mübarizə tədbirləri, mobil qrupların fəaliyyəti, aparılan dezinfeksiya işlərinin müsbət nəticələrindən danışıb. Rayon rəhbəri rayon üzrə vaksinasiya prosesinin yaş qrupları üzrə aparılması vəziyyəti barədə məlumat verərək maarfləndirmə işlərində hər kəsin səfərbər olunmasının zəruriliyini diqqətə çatdırıb.
Təhsil sahəsinə toxunan icra başçısı Respublika Fənn Olimpiadasında uğur qazanan məktəbləri təbrik edib, nəticələri zəif olan məktəblərə tapşırıq və tövsiyələrini verib.
Milli Məclisin deputatı Məşhur Məmmədov son zamanlar ölkə üzrə yoluxmaların sayının azalmasına baxmayaraq insanların məsuliyyətsiz davranmaması üçün birlik nümayiş etdirərək maarifləndirmə işlərini davam etdirməyin zəruri olduğunu vurğulayıb.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov mövcud vəziyyətdə ümumtəhsil məktəblərində karantin rejimi qaydalarına riayət olunması və Respublika Fənn Olimpiadasında rayon məktəblilərinin iştirakı barədə ətraflı məlumat verib.
Müşavirənin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbir iştirakçılarına koronavirusla mübarizə istiqamətində, vaksinasiya prosesində aktivliyin artırılmasında maarifləndirmə işlərinin genişləndirilməsinin önəmli olduğunu və təhsil sahəsində olan nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад