Главная > Təhsil / İdman > Masallı şahmatçısı respublika birinciliyində ikinci yeri tutub

Masallı şahmatçısı respublika birinciliyində ikinci yeri tutub


22-02-2021, 20:30. Разместил: yeni321
Masallı şahmatçısı respublika birinciliyində ikinci yeri tutub 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Fedarasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçirilib.
Respublika birinciliyinin keçirilməsində əsas məqsəd N.Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (rapid) üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılması olub.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubovun “Yeniheyet.az”-a verdiyi məlumata görə onlayn birincilikdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlılardan ibarət Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının komandaları iştirak ediblər. Üç gün (5-7 fevral) davam edən onlayn yarışlarda Masallı komandası altı oyunçu (iki qız, dörd oğlan) ilə təmsil olunub.
Komanda xarakterli rapid yarış www.tornelo.com internet portalı üzərindən təşkil olunub. Tornelo yenilənmiş platformadır və güclü anti-çitinq sistemi ilə fərqlənir. Burada yarışı avtomatlaşdırılmış sistem deyil, hakimlər heyəti idarə edir.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət olan birincilikdə matçlar altı lövhədə oynanılıb. Dünya çempionu Aydın Süleymanlı, FİDE (Beynəlxalq Şahmat Federasiyası) ustaları Süleyman Süleymanov və Atilla Eynullayevin də qatıldığı yarışlarda Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, “Dəfinə” məktəb-liseyinin onbirinci sinif şagirdi Mirseyidəli Talıbzadə birinci lövhədə uğurlu nəticə göstərib. İkinci yerə layiq görulən şahmatçımız “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomu ilə təltif olunub.
Məlumat üçün bildirək ki, on yaşından şahmatla məşğul olan Mirseyidəli Talıbzadə 2017-ci ildə Astara, 2018-ci ildə Səlyan, 2019-cu ildə Ağcabədi şəhərlərində keçirilmiş yeniyetmə və gənclərin respublika şahmat olimpiada və birinciliklərində müvafiq olaraq ikinci və üçüncü yerləri, 2020-ci ildə isə onlayn respublika birinciliyində üçüncü yeri tutub.

Akif AĞAYEV,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад