Главная > Təhsil > Vakant notarius vəzifələri üzrə müsabiqə iştirakçılarının nəzərinə

Vakant notarius vəzifələri üzrə müsabiqə iştirakçılarının nəzərinə


9-12-2017, 15:50. Разместил: yeni321
Vakant notarius vəzifələri üzrə müsabiqə iştirakçılarının nəzərinə
 
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant notarius vəzifələri üzrə 2017-ci il 25 noyabr tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabrın 19-dan etibarən başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək. Hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq. AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад